• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

XİN Yunanıstan səfirliyi ətrafında yaranan qalmaqala aydınlıq gətirib

XİN Yunanıstan səfirliyi ətrafında yaranan qalmaqala aydınlıq gətirib
28.01.2025 16:44
Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədovun səfirliyin ikinci katibi Qafqaz Aslansoyla birlikdə səfirliyin birinci katibi Rəhman Şahhüseynlini döyməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil. Bu barədə Anews.az-a XIN sözçüsü Ayxan Hacızadə məlumat verib. 

"Şahhüseynliyinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir",  - Hacızadə vurğulayıb.

Onun sözlərinə görə,  Rəhman Şahhüseynli səfirlikdə birinci katib vəzifəsində çalışdığı müddətdə diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib.
 
"Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb. Aparılan araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib", - Hacızadə açıqlayıb. 

2024-cü ilin sentyabrında işdən çıxarılan Azərbaycanın Yunanıstandakı səfirliyinin birinci katibi Rəhman Şahhüseynlinin döyülməsi ilə bağlı məlumatlar yerli mediada bu gün yer alıb.  

İlk əvvəl bu xəbər jurnalist Qənimət Zahid tərəfində "Facebook" hesabında paylaşılıb, daha sonra yerli mətbuatda yer alıb. 

Rəhman Şahhüseynli Türkiyənin Orta Doğu Texniki Universitetində magistratura, Yaponiyanın Osaka Universitetində Beynəlxalq İctimai Siyasət üzrə fəlsəfə doktoru təhsili alıb.  

Hadisədə adı çəkilən səfir Arif Məmmədov 2004-2007-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində attaşe, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Çexiyadakı səfirliyində üçüncü və ikinci katib, 2012-2016-ci illərdə isə Azərbaycan Respublikasının Kanadadakı səfirliyində birinci katib olub. 
  
Onun səfir təəyinatına qədər son iş yeri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyi olub. O, 2023-cü ildən Yunanıstanın səfiridir. 

Firayə Nurizadə

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Azərbaycan XİN Rusiyadan  Bakıda
Siyasət 15:22
Azərbaycan XİN Rusiyadan Bakıda "Rus evini" bağlamağı tələb edib
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Siyasət 15:16
Şahnaz Bəylərqızı 3 ay 15 gün müddətinə həbs edilib
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Siyasət 17:26
Nazir Prezidentin köməkçisi təyin olunub - Sərəncam
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
Siyasət 14:00
Paşinyan Azərbaycana yeni münasibətlərə başlamağı təklif edir
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var -  Reuters
Siyasət 21:23
AZAL təyyarəsini Rusiya tərəfi vurub, Azərbaycanın əlində raketin qalıqları var - Reuters
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Siyasət 12:15
Deputat təklif edir ki, 28 maya qədər amnistiya aktı hazırlansın
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Siyasət 18:10
Ermənistan silahlanacaq və Konstitusiyasını dəyişməyəcək - Paşinyan
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol