Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək
![Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək Qarabağda 3 min tələbənin peşə təhsili üzrə ödənişini dövlət ödəyəcək](https://anews.az/photo/850x500/2025/02/12/1739355817_1730986824_672cc26547156672cc265471571730986597ef4d03e576a9baa36e9b72883cdd5cd1.png)
Qarabağda üç min nəfər şəxsin peşə təhsil üzrə ödənişi dövlət büdcəsi hesabına ödəniləcək. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Vəliyev bildirib ki, bunun üçün 3,5 milyon manat vəsait nəzərdə tutulub.
2025-ci il peşə təhsilinə üzrə 82,2 milyon manat vəsait xərclənəcək ki, bu da cari ilin xərcləri ilə müqayisədə 5,1 milyon manat çoxdur.
Peşə təhsili üzrə 85% dövlət sifarişli, 15%-i isə ödənişli əsaslarla icra olunur.
Növbəti ildə peşə təhsilində adambaşına maliyyə sisteminə keçid planlaşdırılır və bunun üçün dövlət büdcəsindən əlavə 7,2 milyon manat vəsait ayrılacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov açıqlamasında söyləyib ki, 2026-ci ilə qədər Azərbaycanda 16 peşə məktəbi tikiləcək.
Həmin peşə məktəblərinin 8-nin Qarabağda tikilməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)