Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
![Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq](https://anews.az/photo/850x500/2025/02/13/1739458328_1739456842.1733143083_mskjpg.jpg)
Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.
İclasın gündəliyinə bələdiyyə yekunlarının yoxlanılması və təsdiqi daxil edilib.
Seçki Məcəlləsinin 108.2, 239-cu maddələrinə əsasən, MSK səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində seçkilərin yekunlarını yoxlamalı və təsdiq etməlidir.
Bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il fevralın 18-dək olan müddəti əhatə edir.