Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.Bu barədə XİN-nin sosial şəbəkə hesabında qeyd olunub.
“Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik”, – paylaşımda bildirilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 