• $ 1.7
  • € 1.8431
  • ₽ 1.9726
  • ₺ 0.0463
  • £ 2.2001

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb

Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
17.03.2025 19:03

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Əvvəlcə tərəflər arasında təkbətək görüş olub. Görüşün sonunda Valentina Matviyenko Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiya Federasiyasının "Dostluq" ordenini təqdim edib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Sahibə Qafarova parlamentlər arasındakı əlaqələrin rolunu qeyd edərək, ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif aspektlərinə dair fikirlərini bildirib, bu kontekstdə parlament üzvlərinin fəaliyyətinin əhəmiyyətinə toxunub. Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb.

Valentina Matviyenko Prezident İlham Əliyevlə görüşünü və aparılmış müzakirələri məmnunluqla qeyd edib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyeva ilə humanitar əlaqələrin bütün istiqamətləri üzrə apardığı fikir mübadiləsindən danışıb.

Federasiya Şurasının sədri Heydər Əliyevin 100 illik yubileyinin Rusiyada da geniş qeyd olunduğunu bildirib.

Valentina Matviyenko həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib. Vurğulanıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlərarası dialoqu təşviq edən forumları, həmçinin, nəhəng iqtisadi layihələri uğurla həyata keçirir. O, bütün təzyiqlərə baxmayaraq, böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə edildiyi COP29-un uğurla reallaşdırıldığını vurğulayıb, öz təbriklərini çatdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Siyasət 22:36
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Əli Əsədov Türkiyə səfiri ilə görüşüb
Siyasət 20:09
Əli Əsədov Türkiyə səfiri ilə görüşüb
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Siyasət 19:03
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşüb
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub - RƏSMİ
Siyasət 15:09
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub - RƏSMİ
Almaniyanın prezidenti ilk dəfə xanımı ilə Azərbaycana gəlir- Gözləntilər
Siyasət 14:16
Almaniyanın prezidenti ilk dəfə xanımı ilə Azərbaycana gəlir- Gözləntilər
Hərbi prokuror 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Siyasət 12:51
Hərbi prokuror 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Xızının prokuroru qəzaya düşüb - Baş Prokurorluq
Siyasət 12:07
Xızının prokuroru qəzaya düşüb - Baş Prokurorluq
Saakaşvili növbəti dəfə 4,5 müddətinə həbs edilib
Siyasət 11:45
Saakaşvili növbəti dəfə 4,5 müddətinə həbs edilib
Mayk Uolts Hikmət Hacıyevlə sülh məsələsini müzakirə edib
Siyasət 11:18
Mayk Uolts Hikmət Hacıyevlə sülh məsələsini müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol