Avropa İttifaqının regionda heç bir təsir gücü qalmayıb - Deputat

Avropa İttifaqının regionada heç bir təsir gücü qalmayıb. Bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib.
"Fevralda Ermənistanda Avropa İttifaqının müşahidəçiləri Qubadlı və Laçınla həmsərhəd zonalarda olub. Anlamırlar ki, onların regionda heç bir təsir gücü qalmayıb. Azərbaycan Qafqazın ən güclü dövlətidir. Biz sülhü təqdim edən ölkəyik. Dəfələrlə demişik ki, vasitəçilərə ehtiyacımız yoxdur. Ermənistan və Avropa İttifaqı bunu başa düşsə yaxşıdır", - deputat aprelin 1-də çıxışı zamanı deyib.
Sonuncu dəfə Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırdığını təsdiqləyib.
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
Gülnar Nazimqızı