• $
  • €
  • ₽
  • ₺
  • £

"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərin hazırlıq prosesi keçirilib

"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərin hazırlıq prosesi keçirilib
02.04.2025 13:38

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən "Toplum Tv" işi üzrə  təqsirləndirilən Akif Qurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və Elmir Abbasovun cinayət işi üzrə hazırlıq prosesi keçirilib. 

Məhkəmədə ittiham olunan şəxslər özlərini təqsirli bilməyiblər. 

Ələsgər Məmmədlinin vəkili Fəxrəddin Manafov bildirib ki, Ələsgər bəyin  xəstəliyi nəzərə alınaraq, ev dustaqlığına buraxılmalıdır.

"Ələsgər bəyin vəziyyəti göz önündədir. Təhlillər aparılıb. Şiş getdikcə böyüyür. Bir tədbir görülməlidir",- vəkil vurğulayıb.

Məhkəmədə digər təqsirləndirilən şəxslərin vəkilləri də onların ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təqdim edib.

Ramil Babayevin və İlkin Əmrahovun vəkili Günay İsmayılovun sözlərinə görə, hər iki təqsirləndirilən şəxslərin təhsilləri yarımçıq qalıb.

"Ən azından təhsil hüquqları pozulmasın. Bu səbəbdən də ev dustaqlığı tələb etdik. Amma təssüf ki, təmin olunmadı. Ev dustaqlığı ilə bağlı yenidən vəsatət verəcəyik. Ümid edirik ki, həmin vaxta bir dəyişiklik əldə olunar. Təcrübədən görünür ki, nəticə dəyişmir. Amma hər an hər şey dəyişə bilər.  Qanun buna imkan verir. Ən azınan xəstəliyi olan Ələsgər bəyin ev dustaqlığı təmin olunmalıdır",- Günay  İsmayılov bildirib.

Məhkəmədə təqsirləndirilən  Akif Qurbanovun yeni qoşulan vəkili Fuad Ağayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.  Bu səbəbdəndə məhkəmənin hazırlıq iclası aprelin 24-dək təxirə  salınıb.

Ötən il martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraq ittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Aytac Zeynalova

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol