Deputat deyir ki, kənar şəxslərin Türkiyəyə məsləhət verməsinə ehtiyac yoxdur

Türkiyədə baş verən gərginliyi aradan qaldırmaq üçün kənardan heç kimin məsləhətinə ehtiyac yoxdur. Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
"Türkiyədə gərginlik var. Amma Türkiyənin bu vəziyyət çıxmağa yetərincə gücü var. Kənardan heç kimin məsləhətinə ehtiyac yoxdur. Doğru qərar nədirsə Türkiyə özü verəcək. Bu mənada, Azərbaycandan, öz ölkəsində zərrə qədər nüfuzu olmayan siyasi luzerlərin Türkiyədə yaşananlara Azərbaycan siyasi kəsimi adına müdaxilə xarakterli çıxışlar etməsi sadəcə gülüş doğrurur", - deputat bildirib.
Martın 19-da İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu həbs edilib. Ona və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıq ittihamı irəli sürüb. Bu ittihamlardan sonra Türkiyədə Əkrəm İmamoğlu tərəfdarları eləcə də tələbələr ölkənin müxtəlif yerlərində etiraz aksiyalarına başlayıb.
Gülnar Nazimqızı