• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib

Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənib
01.04.2025 21:19

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və qardaş Azərbaycan xalqını İslam ümmətinin böyük bayramı - Ramazan münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qoy bəşəriyyətin mənəvi saflaşmasının və hərtərəfli təkmilləşməsinin başlanğıcı olan bu müqəddəs bayramda xalqlarımızın birliyi möhkəmlənsin, xoşbəxtliyi artsın.

Hörmətli İlham Heydər oğlu, bütün müsəlmanların səbirsizliklə gözlədiyi və böyük sevinclə qeyd etdiyi bu müqəddəs bayram münasibətilə Sizə xoşbəxtlik və məsuliyyətli işinizdə böyük uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.

Allah niyyətlərimizi, xeyirxah əməllərimizi qəbul etsin, hamımız bir Ramazandan o biri Ramazana, bir ildən digərinə uğurla keçək.

Ramazan bayramınız mübarək!"

***

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi möhtəşəm bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram xalqlarımızın dostluğunu, birliyini daha da möhkəmləndirsin, hər bir ailəyə sevinc və bolluq gətirsin. Ortaq dəyərlərimizə və adət-ənənələrimizə əsaslanan Novruzun ölkələrimizə əmin-amanlıq, firavanlıq bəxş etməsini arzulayıram.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və sabitlik diləyirəm".

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevi təbrik edib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Novruz bayramı münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qədim dövrlərdən bəri dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla insan üçün bu bayram baharın gəlişini, təbiətin oyanmasını, həyatın yenidən başlanmasını, yaradıcılıq gücünü simvolizə və ifadə edir.

Qonaqpərvərlik və mehriban qonşuluq kimi ən gözəl xalq ənənələrini ehtiva edən Novruz bayramı cəmiyyətdə dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Bu dəyərləri qoruyub saxlamaq və nəsildən-nəslə ötürmək çox vacibdir. Onlar əbədi mərhəmət, xeyirxahlıq və yaxınlara qayğı göstərmək ideallarına əsaslanır və bu gün də ümumbəşəri əhəmiyyətə malikdir.

Qoy yeni bahar Sizin və ölkənizin bütün qardaş xalqı üçün sevinc və xoş dəyişikliklərlə yadda qalsın!

Sizə bahar əhvali-ruhiyyəsi və cansağlığı diləyirəm".

***

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Cənab Prezident, Əziz Qardaş.

Mübarək Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan Respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. Birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin İslam ümmətimizin xoşbəxtliyi naminə Uca Allaha dua edirəm.

Bayramınız mübarək!"

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Novruz bayramı münasibətilə Sizə və Sizin timsalınızda Azərbaycan Respublikasının qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dünyanın bir çox ölkəsində geniş şəkildə qeyd olunan bu gözəl bayram baharın başlanğıcını və təbiətin oyanmasını özündə təcəssüm etdirir. Novruz bayramı müxtəlif ölkələr və mədəniyyətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır. Bu işıqlı bayram müasir dünyada humanist hisslərin yaranmasına və möhkəmlənməsinə ilham verən ümid simvoludur.

Qoy bu gözəl bayram Sizin və ölkənizin bütün xalqı üçün xoşbəxtlik, sevinc və yeni uğurlar gətirsin!"

Oxşar xəbərlər
Oxşar xəbərlər
BMT Ağdamdakı mina partlayışını araşdıracaq
Siyasət 23:56
BMT Ağdamdakı mina partlayışını araşdıracaq
Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
Siyasət 21:59
Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri başa çatıb
İlham Əliyev Çinə səfər edəcək
Siyasət 18:42
İlham Əliyev Çinə səfər edəcək
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer “Bakı Ağ Şəhər”də olub
Siyasət 18:03
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer “Bakı Ağ Şəhər”də olub
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Siyasət 17:35
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Prezident Lü Tzyançaonu qəbul edib
Siyasət 16:14
Prezident Lü Tzyançaonu qəbul edib
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərin hazırlıq prosesi keçirilib
Siyasət 13:38
"Toplum TV" işi üzrə təqsirləndirilən şəxslərin hazırlıq prosesi keçirilib
Almaniya prezidenti: Qarabağ Azərbaycandır!
Siyasət 12:44
Almaniya prezidenti: Qarabağ Azərbaycandır!
Bakı və İrəvan sülhə kifayət qədər yaxındır - Prezident
Siyasət 12:33
Bakı və İrəvan sülhə kifayət qədər yaxındır - Prezident
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol