• $ 1.7
  • € 1.9284
  • ₽ 2.0347
  • ₺ 0.0446
  • £ 2.2546

Azərbaycan Avropa Şurasındakı mövqeyini yenidən qiymətləndirir

Azərbaycan Avropa Şurasındakı mövqeyini yenidən qiymətləndirir
09.04.2025 11:52

Azərbaycan Avropa Şurası ilə münasibətlərini yenidən nəzərdən keçirir və artıq bu qurumdakı üzvlüyünü strateji əhəmiyyətli saymır. Səbəb kimi isə siyasi qərəz, ikili standartlar və dəyişən qlobal reallıqlardır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bldirib. 

“2001-ci ildə Avropa Şurasına qoşulduğumuzda, Ermənistanın işğal siyasətinə qarşı ədalətli mövqeyimizə dəstək alacağımıza ümid edirdik.Təəssüf ki, bu ümidlər doğrulmadı” –  Əliyev deyib.

Azərbaycanın Avropa Şurasına ilk nümayəndə heyətinə rəhbərlik etdiyini xatırladan Prezident, təşkilat daxilində anti-Azərbaycan mövqelərin geniş yayılmış olduğunu deyib. “Başlanğıcdan bəlli idi ki, burada güclü ermənipərəst lobbi var idi,” –  o vurğulayıb.

Prezident bildirib ki, 2005-ci ildə qəbul edilən və işğaldan bəhs edən mülayim qətnamə belə ciddi müqavimətlə qarşılanıb.

O əlavə edib ki, ATƏT-in Minsk Qrupu digər təşkilatların Qarabağ məsələsinə müdaxilə etməməsi üçün səylər göstərib.

2023-cü ilin sentyabrında Azərbaycan Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən cəmi dörd ay sonra, 2024-cü ilin yanvarında AŞPA Azərbaycanın səsvermə hüququnu dayandırıb. Əliyev bu qərarı “siyasi motivli və guya insan haqları pərdəsi altında verilmiş addım” adlandırıb.

“Bu qərar bizim tarixi qələbəmizdən sonra verildi. Bu, insan hüquqları ilə bağlı deyildi. Bu, bizim suveren addımımıza qarşı verilmiş cavab idi,” –  Prezident bildirib.

Buna cavab olaraq Azərbaycan nümayəndə heyətini geri çağırıb və təşkilatın iclaslarında iştirakını dayandırıb.

Əliyev həmçinin bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tanımır, çünki ölkəyə hakimlərin seçilməsində iştirak imkanı verilməyib.

“Əgər təmsil olunmuruqsa, bu məhkəmənin qərarlarını da legitim saymırıq,” –  o bildirib.

2023-cü ildə COP29 çərçivəsində Avropa Şurasının baş katibi Bakıya səfəri zamanı Azərbaycandan tam çıxmamağı xahiş edib.

Əliyev bildirib ki, ölkə yalnız “etik baxımdan” üzvlükdə qalmağa razılaşıb, lakin vurğulayıb.

“Avropa dəyişib. Bizim yanaşmamız da dəyişib,” –  Prezident əlavə edib.

O, Donald Trampın prezidentliyi dövründən sonra dünyada qlobal nizamın dəyişdiyini vurğulayıb.

“Bu gün Strasburq və ya Brüsseldə qəbul olunan qətnamələrin əvvəlki çəkisi yoxdur. Azərbaycan üçün artıq heç bir əhəmiyyəti yoxdur.”

Əliyev bildirib ki, Azərbaycan regionda öz mövqeyindən əmindir və köhnəlmiş Qərb institutlarından razılıq gözləmir.

“Biz əməkdaşlığa, dostluğa açığıq – amma yalnız qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq və bizə yad olan dəyərlərin zorla qəbul etdirilməməsi əsasında,” –  dövlət başçısı bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Siyasət 19:50
Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Siyasət 19:20
Ceyhun Bayramov Fələstinin yeni səfiri ilə görüşüb
Nazirlikdə iki yeni təyinat - Sərəncam
Siyasət 17:01
Nazirlikdə iki yeni təyinat - Sərəncam
Milli Məclisin növbəti iclası aprelin 22-də keçiriləcək
Siyasət 16:28
Milli Məclisin növbəti iclası aprelin 22-də keçiriləcək
Bayramov sloveniyalı həmkarı ilə görüşüb
Siyasət 13:43
Bayramov sloveniyalı həmkarı ilə görüşüb
Bakıda ermənilərin məhkəməsi davam edir
Siyasət 13:34
Bakıda ermənilərin məhkəməsi davam edir
Əliyev Çinin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Siyasət 10:10
Əliyev Çinin Azərbaycanda yeni səfirinin etimadnaməsini qəbul edib
Tbilisidə üçtərəfli görüş gözlənilir
Siyasət 09:42
Tbilisidə üçtərəfli görüş gözlənilir
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 22:46
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol