• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Kamran Əliyev yenidən Baş prokuror təyin edilib

Kamran Əliyev yenidən Baş prokuror təyin edilib
01.05.2025 11:10

Azərbaycan Milli Məclisi baş prokuror Kamran Əliyevin yenidən bu vəzifəno icra etməsi ilə Prezidentin müraciətini dəstəkləyib. 

Azərbaycanın Baş prokuroru Kamran Əliyev parlsment qarşısında çıxışında bildirib ki, hüquqi dövlətin qurulması, məhkəmə sisteminin şəffaflaşdırılması və insan hüquqlarının müdafiəsi dövlət siyasətinin əsas prioritetlərindəndir. 

O, Milli Məclisdə çıxışı zamanı vurğulayıb ki, bu istiqamətdə aparılan islahatlar davamlı xarakter daşıyır və konkret nəticələr verir.

Baş prokurorun sözlərinə görə, özəl sektorun inkişafına mane olan bütün formaların aradan qaldırılması və qanunun aliliyinin təmin edilməsi istiqamətində ciddi addımlar atılır. 

“Bizim məqsədimiz ilk növbədə qanunun üstünlüyünü təmin etmək, dövlət orqanlarının fəaliyyətində şəffaflığı artırmaq və vətəndaşların hüquqlarını etibarlı şəkildə qorumaqdır,” — Kamran Əliyev bildirib.

O, məhkəmə proseslərinə kənar müdaxilələrin yolverilməz olduğunu qeyd edərək, vahid və balanslaşdırılmış informasiya siyasətinin formalaşdırılmasının zəruriliyini vurğulayıb. 

“Hər hansı informasiya məhdudiyyəti zamanı vətəndaşların məlumat əldə etmək hüququ tam təmin olunmalıdır,” — o əlavə edib.

Kamran Əliyev əhalinin hüquqi maariflənməsi istiqamətində tədbirlərin genişləndirilməsinin vacibliyini də qeyd edib. O, xüsusilə uşaqlar, qadınlar, yaşlılar və digər həssas təbəqələrin hüquqlarının daha yüksək səviyyədə qorunmasının dövlətin əsas vəzifələrindən biri olduğunu bildirib.

Baş prokuror həmçinin vurğulayıb ki, dövlətçilik dəyərlərinə sadiq gənc hüquqşünasların yetişdirilməsi, onların şəffaf və obyektiv meyarlarla dövlət orqanlarına işə qəbul olunması prioritet istiqamətlərdəndir. 

“Layiqli qadınların rəhbər vəzifələrə irəli çəkilməsi dövlət siyasətinin vacib tərkib hissəsidir,” — o bildirib.

Çıxışda elektron informasiya sistemlərinin təkmilləşdirilməsi və rəqəmsal cinayət proseslərinin tətbiqi ilə bağlı islahatlara da toxunulub. O qeyd edib ki, bu sistemlərin tətbiqi nəticəsində vətəndaşlar üçün hüquqi xidmətlərə çıxış asanlaşıb, dövlət orqanlarının işi daha çevik və effektiv təşkil olunub.

Nəhayət, Kamran Əliyev beynəlxalq əməkdaşlığın genişləndirilməsinin, qabaqcıl təcrübələrin öyrənilərək ölkəmizdə tətbiqinin hüquq sisteminin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

“Sizi və bütün Azərbaycan xalqını əmin etmək istərdim ki, bundan sonra da Azərbaycan prokurorluq orqanları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək və dövlətçiliyimizə ləyaqətlə xidmət göstərəcək,” — o çıxışını tamamlayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İranın Azərbaycana yeni səfiri təyin olunub
Siyasət 08:00
İranın Azərbaycana yeni səfiri təyin olunub
Tramp Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib
Siyasət 06:52
Tramp Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bildirib
Ceyhun Bayramov Keniyaya gedib
Siyasət 22:24
Ceyhun Bayramov Keniyaya gedib
Prezident Azərbaycanın minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı paylaşım edib
Siyasət 20:36
Prezident Azərbaycanın minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı paylaşım edib
Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb
Siyasət 18:07
Əli Əsədov Pakistanın neft naziri ilə görüşüb
Prezident sərəncam imzalayıb
Siyasət 16:57
Prezident sərəncam imzalayıb
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Siyasət 14:24
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Prezident qəbul keçirib
Siyasət 12:42
Prezident qəbul keçirib
TPAO yeni maliyyə öhdəlikləri çərçivəsində Şəfəq-Asiman” qaz kəşfiyyatına qoşulur — Bayraktar
Siyasət 11:53
TPAO yeni maliyyə öhdəlikləri çərçivəsində Şəfəq-Asiman” qaz kəşfiyyatına qoşulur — Bayraktar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol