Ərdoğan “Azərbaycan kvartalı” haqqında paylaşım edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində yerləşən və 2023-cü il zəlzələsindən sonra salınmış “Azərbaycan kvartalı” haqqında sosial şəbəkə X-də paylaşım edib.
Ərdoğan bildirib ki, kvartalda yaşayış binaları və infrastruktur obyektləri inşa olunub. Onun sözlərinə görə, bu ərazidə 49 056 iş və mənzil təmin edilib və bununla da zəlzələdən sonra təhvil verilmiş ümumi mənzil sayı 250 000-ə çatıb.
2023-cü il fevralın 6-da Türkiyənin cənubunda 7,7 və 7,6 maqnitudalı güclü zəlzələlər baş verib. Təbii fəlakət nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər xəsarət alıb, 38 901 bina dağılıb.
N.Təbrizli