Türkiyədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər — “Hraparak”

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə gözlənilən səfəri ilə bağlı rəsmi açıqlama verilməsə də, erməni mediası bu səfər zamanı Azərbaycanla ilkin sülh sazişinin imzalana biləcəyini yazır.
“Hraparak” qəzetinin yazdığına görə, Ermənistan hakimiyyət partiyasının nümayəndələri də artıq Türkiyədə razılaşmanın əldə olunması və ya sülh prosesinə dair ilkin sənədin imzalanmasından danışmağa başlayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev də yaxın günlərdə Türkiyəyə səfər edəcəyi bildirilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə iki ölkə arasında razılaşma imzalana bilər.
Mənbəyə görə, razılaşma sənədinə əlavə olaraq Ermənistan ərazisində yerləşən Rusiya 102-ci hərbi bazasının çıxarılması və Azərbaycanın irəli sürdüyü digər tələblər, o cümlədən 300 min azərbaycanlının Ermənistana “qayıdışı” ilə bağlı bəndlər də əlavə olunacaq.
Rəsmi Yerevan və rəsmi Bakı hələlik bu iddialarla bağlı şərh verməyib.
N.Təbrizli