Prezident İlham Əliyev Türkiyəyə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyəyə işgüzar səfərə gedib.
Kahramanmaraş Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul düzülüb.
Prezident İlham Əliyevi hava limanında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.