• $ 1.7
  • € 1.9588
  • ₽ 0.021656
  • ₺ 0.0429
  • £ 2.2867

İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı

İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
23.06.2025 14:35

 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın İranın dinc nüvə obyektlərinə qarşı həyata keçirdiyi hərbi hücumları sərt şəkildə pisləyib və bu addımları “beynəlxalq hüququn kobud və görünməmiş şəkildə pozulması” kimi qiymətləndirib. Rəsmi Tehranın bəyanatında hücumlar İsrail rejiminin İran əleyhinə hərbi təcavüzünün tərkib hissəsi olaraq təqdim olunub və ABŞ-ın iştirakı terror və cinayət aktı kimi dəyərləndirilib.

İran XİN bəyan edib ki, hücumlar BMT Nizamnaməsinin 2-ci və 4-cü maddələrini, eləcə də Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini açıq şəkildə pozur. Bu səbəbdən, Tehran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclas keçirməsini və ABŞ-ın məsuliyyətə cəlb olunmasını tələb edir.

Bəyanatda həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və digər beynəlxalq qurumlara çağırış edilib. İran həmin təşkilatlardan obyektlərə ciddi nəzarət və monitorinq aparmağı, eyni zamanda beynəlxalq ictimaiyyəti və qurumları ABŞ-ın addımlarına qarşı tədbir görməyə çağırıb.

Tehran ABŞ-ın bu hücumlarla regionda diplomatik prosesləri pozduğunu və yeni bir müharibə riskini artırdığını bildirərək, Vaşinqtonun İsrailin təcavüzkar hərəkətlərinə verdiyi dəstəyi də qınayıb.

Bəyanatın sonunda ABŞ-ın bu addımlarının təkcə regional sabitliyi deyil, həm də qlobal təhlükəsizliyi təhdid etdiyi vurğulanır. İran ABŞ-ı beynəlxalq hüquqa və etik prinsiplərə əməl etməyə çağıraraq, BMT və onun təsisatlarını bu açıq təcavüzə qarşı dərhal tədbir görməyə dəvət edib.

Gülnar

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan XİN Suriyaya başsağlığı verib
Siyasət 15:01
Azərbaycan XİN Suriyaya başsağlığı verib
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
Siyasət 14:50
Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyəti davam edir
İsrail soyqırım törətməkdə davam edir - Seyid Cəfər Ağayi
Siyasət 14:39
İsrail soyqırım törətməkdə davam edir - Seyid Cəfər Ağayi
İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
Siyasət 14:35
İran XİN ABŞ-ın nüvə obyektlərinə hücumunu kəskin qınadı: BMT-yə təcili tədbir çağırışı
Prezident İlham Əliyev Yevlaxa səfər edib
Siyasət 11:23
Prezident İlham Əliyev Yevlaxa səfər edib
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Siyasət 16:06
XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Siyasət 14:30
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
Siyasət 20:54
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə görüşüb - Yenilənib
Hikmət Hacıyevdən Laçın səfəri ilə bağlı növbəti paylaşım - Video
Siyasət 19:45
Hikmət Hacıyevdən Laçın səfəri ilə bağlı növbəti paylaşım - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol