Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb - Video - Yenilənib

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskinin evində axtarışlara başlanılıb.
Oxu.Az xəbər verir ki, OMON-çular Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanıldıqdan sonra onların mənzilinə basqın edib,kompüter və digər sənədləri götürüblər.
Mutvali Şıxlinski artıq sərbəst buraxılıb.
21:43
Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Mütvali Şıxlinskinin saxlanmasının bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, Şahin Şıxlinskinin saxlanılması OMON-çuların hücumu zamanı qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qohumu Akif Səfərovun cinayət işi ilə əlaqədardır.
Akif Səfərov Şahin Şıxlinskinin müavini olub. Məlum hadisədən sonra Şahin Şıxlinski məsələ ilə bağlı aidiyyəti qurumlarla danışıqlara başlayıb və həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı ciddi səylər göstərib. Şahin Şıxlinskinin oğlu isə təqsirləndirilən şəxslərin müdafiəsinə qalxıb. O, təqsirləndirilən şəxs Məzahir Səfərovun vəkili olub.
20:43
Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski saxlanılıb.
Məlumatı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.