• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib

Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
03.07.2025 18:13

İyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak ediblər.

Xıdırlı kəndi Ağdam şəhərinin şimal-qərbində, rayon mərkəzindən 3 kilometr məsafədə yerləşir.

2022-ci ilin oktyabrında kəndin təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Kəndin layihələndirilən ərazisinin sahəsi 417 hektardan çoxdur. Buraya 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi,1498 fərdi evin inşası nəzərdə tutulur.

Birinci mərhələ üzrə layihələndirilən ərazinin sahəsi 170.44 hektardır. Bu mərhələdə kəndə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır. Birinci mərhələdə kənddə 719 fərdi evin inşası həyata keçirilib ki, onlardan da 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır.

Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib. Kəndin ərazisinin təxminən 20 faizi yaşıllıqlardan ibarətdir.

Prezidentlər İlham Əliyev və Sadır Japarov Xıdırlı kəndi körpələr evi-uşaq bağçasının binasında yaradılan şəraitlə tanış olublar. Kənddə məskunlaşacaq əhali üçün tələbata uyğun inşa olunan körpələr evi-uşaq bağçası 120 yerlikdir. Binada qrup otaqları, musiqi otağı, idman zalları balacaların ixtiyarına veriləcək. Burada uşaqların özlərini rahat və qayğısız hiss etmələri, onların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq üçün zəruri şərait mövcuddur. Uşaq bağçasının ətrafında yaşıllıq zolaqları salınıb, idman və oyun meydançaları, söhbətgahlar yaradılıb. Binanın damında Günəş panelləri quraşdırılıb.

Azərbaycan və Qırğızıstan prezidentləri Xıdırlı kəndindəki klub-icma mərkəzində olublar. Dövlət başçıları burada yaradılan şəraitə baxdılar. Binada 190 yerlik akt zalı, bufet, rəqs məşqləri, dərnək otaqları və digər inzibati otaqlar yaradılıb. Klub-icma mərkəzində Xıdırlı kəndi ilə bağlı müxtəlif sosial və mədəni tədbirlərin, habelə el şənliklərinin və digər mərasimlərin keçirilməsi üçün hərtərəfli şərait var.

Azərbaycanın və Qırğızıstanın dövlət başçıları Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində də olublar.

Əvvəlcə prezidentlər məktəbin həyətində quraşdırılan yurtaya baxıb. Səyyar yaşayış yeri kimi asanlıqla qurulub-sökülən yurta köçəri həyat tərzi üçün nəzərdə tutulur. Hazırda Mərkəzi Asiyada turizm istiqaməti kimi bir çox türk xalqları yurta turizmini inkişaf etdirirlər.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir. Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb. Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

Sonra prezidentlər yeni mənzillərə köçən sakinlərlə görüşüb və onlara evlərin açarlarını təqdim ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır
Siyasət 17:18
Azərbaycan 2027–2030-cu illəri əhatə edəcək yeni sosial-iqtisadi strategiya hazırlayır
NK-da Prezidentin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Siyasət 15:44
NK-da Prezidentin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclas keçirilir
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
Siyasət 21:30
Azərbaycanla Suriya arasında energetika sahəsində əməkdaşlıq müzakirə olunub
İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 18:20
İlham Əliyev Trampa təşəkkür edib
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
Siyasət 18:07
Saida Mirziyoyeva Mehriban Əliyevanı təbrik edib
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
Siyasət 16:53
İran prezidenti “3+3” formatını Cənubi Qafqazda sülh üçün səmərəli mexanizm adlandırıb
İlham Əliyev Stiven Doutini qəbul edib
Siyasət 12:11
İlham Əliyev Stiven Doutini qəbul edib
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Siyasət 11:15
Formula 1 üçün viza rejimi sadələşdirilir - Sərəncam
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Siyasət 20:29
Ukrayna Prezidenti Azərbaycana təşəkkür edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol