• $ 1.7
  • € 1.9697
  • ₽ 0.0208
  • ₺ 0.0419
  • £ 2.2692

Prezident Sərdar Ayazı qəbul edib

Prezident Sərdar Ayazı qəbul edib
07.07.2025 11:22

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə dövlət başçısı Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin qardaşlıq və qarşılıqlı dəstəyə əsaslandığını bildirib.

Prezident Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə keçirilmiş görüşü xatırladaraq, bu səfərin işğaldan azad edilmiş ərazilərə baş nazirin ilk səfəri olmadığını qeyd edib. O, həmçinin mayda Şahbaz Şərifin Laçına səfərini və Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə iştirakını vurğulayıb.

Tərəflər parlamentlərarası əməkdaşlığın, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı iqtisadiyyat, ticarət, enerji, investisiyalar, nəqliyyat və turizm sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Sərdar Ayaz Sadiq səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin gücləndirilməsi üçün imkan yaratdığını bildirib və İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşünün uğurla təşkilinə görə Prezident Əliyevi təbrik edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
Siyasət 14:22
Gürcüstan azərbaycanlılar da daxil olmaqla onlarla əcnəbini ölkədən çıxarıb
İlham Əliyev Mərakeşin Kralını təbrik edib
Siyasət 11:13
İlham Əliyev Mərakeşin Kralını təbrik edib

Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib
Siyasət 10:26
Polşa Azərbaycana yeni hərbi attaşe təyin edib

İsrailin yeni səfiri Azərbaycana gəlib
Siyasət 09:35
İsrailin yeni səfiri Azərbaycana gəlib
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Siyasət 21:59
Sahibə Qafarova Parlament Sədrlərinin VI Dünya Konfransında çıxış edib
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Siyasət 11:04
Ermənistan-Azərbaycan sərhədində sakitlik müşahidə olunur
Araz Əzimov İran səfiri ilə görüşüb
Siyasət 11:01
Araz Əzimov İran səfiri ilə görüşüb
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Siyasət 10:40
Азербайджан нуждается в международной поддержке по разминированию – ANAMA
Azərbaycan minatəmizləmə üçün beynəlxalq dəstəyə ehtiyac duyur – ANAMA
Siyasət 09:49
Azərbaycan minatəmizləmə üçün beynəlxalq dəstəyə ehtiyac duyur – ANAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol