Ermənistan, Rusiya və Azərbaycan arasınd işçi qrupu fəaliyyət göstərmir

Ermənistan, Rusiya və Azərbaycan hökumətlərinin baş nazir müavinləri formatında kommunikasiyaların bloklanması məsələsi üzrə işçi qrupu uzun müddətdir fəaliyyət göstərmir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib.
Paşinyan işçi qrupun fəaliyyətinin dayandırılmasının əsas səbəblərini mətn üzərində fikir ayrılıqları, həmçinin praktiki problemlər və inamsızlıq kimi amillərlə əlaqələndirib.
Ermənistan, Rusiya və Azərbaycan hökumətlərinin baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qruplar, əsasən regionda kommunikasiyaların bloklanması və digər əlaqəli məsələlərin həlli üçün fəaliyyət göstərir. Bu qurumlar post-münaqişə dövründə üçtərəfli razılaşmalar çərçivəsində əməkdaşlığı gücləndirmək və praktiki problemlərin həllinə yönəlib.
Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra, bölgədə nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası məsələləri müzakirə mövzusu olub. İşçi qrupların məqsədi kommunikasiya yollarının açılması, sərhəd problemlərinin həlli və iqtisadi əməkdaşlığın təşviqidir.
Lakin tərəflər arasında bəzi mətn üzərində fikir ayrılıqları, praktiki çətinliklər və qarşılıqlı inamsızlıq səbəbindən bu işçi qrupların fəaliyyəti müəyyən vaxtlardan müvəqqəti dayandırılıb.
Aytac Zeynalova