XİN İraqda ticarət mərkəzində baş vermiş yanğınla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Kut şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı başsağlığı verib. Bu barədə məlumat Nazirliyin "X" (keçmiş Twitter) sosial media platformasında paylaşılıb.
"İraqın Kut şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Həlak olanların ailələrinə və yaxınlarına, dost İraq hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralanan şəxslərə isə tezliklə sağalmağı arzulayırıq", – paylaşımda qeyd olunub.
İraq rəsmilərinin verdiyi məlumata görə, hadisə nəticəsində azı 50 nəfər həyatını itirib. Ölənlərin xatirəsinə üçgünlük matəm elan edilib. Yanğının səbəbləri araşdırılır.
Aytac