• $ 1.7
  • € 1.9751
  • ₽ 0.02173
  • ₺ 0.0421
  • £ 2.282

Prezident İlham Əliyevin çıxışı beynəlxalq medianın diqqətində

Prezident İlham Əliyevin çıxışı beynəlxalq medianın diqqətində
21.07.2025 11:36

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda çıxışı və jurnalistlərin suallarına verdiyi cavablar beynəlxalq media tərəfindən geniş işıqlandırılıb.

Reuters agentliyinin yaydığı materialda Prezident İlham Əliyevin AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması ilə bağlı fikirləri yer alıb. Bildirilib ki, rəsmi Moskva insidentə dair hələ də məntiqli açıqlama verməyib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi Rusiyanın həlak olanların ailələrinə, yaralılara və AZAL-a təzminat ödəməsini tələb edir. Agentlik onun bu sözlərini sitat gətirir: “Biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil”.

İtaliyanın “Agenzia Nova” xəbər portalı isə Prezidentin müxtəlif ölkələrdən olan jurnalistlərin suallarına verdiyi ətraflı və açıq cavabları diqqətə çatdırıb. Məqalədə Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan sülh müqaviləsi ilə bağlı sözlərinə istinad olunub: “Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq”.

Bununla yanaşı, Prezidentin Ermənistan konstitusiyasına dəyişiklik edildikdən və ATƏT-in Minsk qrupu buraxıldıqdan sonra sülh müqaviləsinin imzalana biləcəyini bəyan etdiyi qeyd olunub.

İspaniyanın “Europapress”, “Democrata”, “Teleprensa”, “Upday” kimi media orqanları sülh sazişi və Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan Prezidentinin çıxışına geniş yer ayırıblar. Qeyd olunub ki, Prezident Əliyev Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğunu bildirib, lakin İrəvanın bu prosesdə daha konstruktiv mövqe tutmasının və kommunikasiyaların açılması istiqamətində müsbət addımlar atmasının vacibliyini vurğulayıb.

Türkiyənin Anadolu agentliyi və TRTHaber, NTV, HaberGlobal, HaberTürk kimi aparıcı telekanalları forumdakı çıxışa geniş yer ayırıb. Onlar Prezidentin Ermənistanın yanlış siyasətinə və özünü təcrid etməsinə dair fikirlərini, Zəngəzur dəhlizi və konstitusiya dəyişiklikləri barədə bəyanatlarını ön plana çıxarıblar. Eyni zamanda, AZAL təyyarəsi ilə bağlı insidentə görə təzminat tələbi və ərazi bütövlüyü prinsipinə dair fikirlər xüsusi qeyd olunub.

Ukraynanın “Ukrinform”, “RBK-Ukrayna”, “İnterfaks-Ukrayna”, “UNİAN”, “Azadlıq Radiosu”nun Ukrayna xidməti, “Qordon”, “Korrespondent”, “Tsensor” kimi media orqanlarında Prezidentin çıxışından əsas məqamlar yer alıb. Məqalələrdə Ermənistan-Azərbaycan və Rusiya-Ukrayna münasibətləri, eləcə də AZAL təyyarəsinin vurulması ilə bağlı fikirlər önə çəkilib. Prezidentə istinadla qeyd olunub ki, Azərbaycan yeddi aydır Rusiyadan heç bir aydın cavab ala bilməyib, istintaqla bağlı yalnız “araşdırma davam edir” cavabı verilir və Azərbaycan beynəlxalq ədliyyəyə müraciət etməyə hazırlaşır.

Prezident Əliyev həmçinin Malayziya təyyarəsi ilə bağlı araşdırmanın 10 ildən artıq çəkdiyini xatırladaraq, Azərbaycanın da ədalət naminə gözləməyə hazır olduğunu bildirib. Bakı təqsirin etirafını, günahkarların cəzalandırılmasını, həlak olanların ailələrinə və AZAL-a təzminat ödənilməsini tələb edir.

Ukrayna mediası, həmçinin Prezidentin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və Rusiyanın Ukraynaya qarşı müharibəsinə dair fikirlərini dərc edib. Aliyev Ukrayna xalqına “heç vaxt işğalla barışmamağı” tövsiyə edib: “İndi verdiyim cavab əvvəlki cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük”.

Materiallarda Prezident İlham Əliyevin Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın yaşadığı çətinliklərə dair xatırlatmaları da yer alıb. “O zaman əhalimiz 8 milyon idi, bir milyona yaxın insan yurd-yuvasından didərgin düşmüşdü. Pul yox idi, xəzinə boş idi, beynəlxalq dəstək yox idi, inflyasiya və yoxsulluq həddindən artıq idi. ATƏT-in Minsk qrupunun həmsədrləri isə tərəfli mövqe tutaraq status-kvonun dəyişməsinə imkan vermirdilər. Lakin 2020-ci ildə biz bu vəziyyəti dəyişdirdik”, –  Prezidentin fikirlərindən sitat gətirilib.

Azərbaycan Prezidentinin çıxışı TASS, İnterfaks, RİA Novosti, Lenta.ru, Gazeta.ru, Moskovski Komsomolets, Vestnik Kavkaza və digər Rusiya KİV-lərində də işıqlandırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kreml: Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır
Siyasət 15:05
Kreml: Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır
AZAL təyyarəsini vuramaqda bu şəxs günahlandırılır
Siyasət 14:00
AZAL təyyarəsini vuramaqda bu şəxs günahlandırılır
Prezident İlham Əliyevin çıxışı beynəlxalq medianın diqqətində
Siyasət 11:36
Prezident İlham Əliyevin çıxışı beynəlxalq medianın diqqətində
Ərdoğan İlham Əliyevə təşəkkür edib
Siyasət 22:28
Ərdoğan İlham Əliyevə təşəkkür edib
III Şuşa Qlobal Media Forumu işinə davam edir
Siyasət 10:05
III Şuşa Qlobal Media Forumu işinə davam edir
Prezident Qlobal Media Forumundan paylaşım edib - Video
Siyasət 23:51
Prezident Qlobal Media Forumundan paylaşım edib - Video
7 aydır AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiyadan cavab ala bilmirik - Prezident
Siyasət 19:15
7 aydır AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiyadan cavab ala bilmirik - Prezident
Əliyev: Azərbaycanın müstəqil siyasəti bəzi Qərb dairələrini narahat edir
Siyasət 18:40
Əliyev: Azərbaycanın müstəqil siyasəti bəzi Qərb dairələrini narahat edir
ABŞ-ın əvvəlki rəsmiləri əməkdaşlığın zəifləməsi ilə bağlı tapşırıqlar vermişdi- Dövlət başçısı
Siyasət 18:29
ABŞ-ın əvvəlki rəsmiləri əməkdaşlığın zəifləməsi ilə bağlı tapşırıqlar vermişdi- Dövlət başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol