• $
  • €
  • ₽
  • ₺
  • £

7 aydır AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiyadan cavab ala bilmirik - Prezident

7 aydır AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiyadan cavab ala bilmirik - Prezident
19.07.2025 19:15

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin vurulması ilə bağlı Rusiyadan hələ də rəsmi cavab alınmayıb və rəsmi Bakı məsələ ilə bağlı beynəlxalq hüquq mexanizmlərinə müraciət etməyi planlaşdırır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda Reuters agentliyinin sualını cavablayarkən deyib.

“Hadisənin üzərindən yeddi ay keçməsinə baxmayaraq, bizə hər hansı cavab verilməyib. Biz baş verənləri bilirik. Rusiya da nə baş verdiyini yaxşı bilir,” –  Əliyev deyib.

Hadisə zamanı AZAL-a məxsus təyyarənin Rusiya hava məkanında iki dəfə hücuma məruz qaldığını deyən Prezident, bəzi iddiaların – xüsusilə də təyyarənin Ukrayna pilotsuz uçuş aparatı ilə toqquşması versiyasının – “gülünc və reallıqdan uzaq” olduğunu vurğulayıb.

“Rusiya hava məkanı hadisədən sonra bağlanıb. Hadisə baş verən zaman hava məkanı açıq idi,” – Əliyev qeyd edib.

Prezident əlavə edib ki, Azərbaycan bu məsələ ilə bağlı üç əsas tələb irəli sürür: faktın etirafı, məsul şəxslərin cəzalandırılması və təzminatın ödənilməsi.

“Bu cür davranış qeyri-məhsuldardır. Əgər yaxın müddətdə aydın cavab verilməzsə, biz beynəlxalq ədalət məhkəmələrinə müraciət edəcəyik",– deyə o vurğulayıb.

Gülnar Nazimqızı

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol