Kreml: Moskva-Bakı münasibətləri özünün çətin dövrünü yaşayır

Moskva-Bakı münasibətləri indi özünün çətin dövrünü yaşayır.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “həqiqətən, iki ölkə münasibətlərinin möhkəm təməli var, iki ölkənin maraqları üst-üstə düşür və qarşılıqlı hörmətə əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq var”.
“Ancaq bəzən olur ki, münasibətlərdə çətin dövrlər olur. İndi bu dövrlərdən biridir. Ümid edirik ki, bu dövr geridə qalacaq”, - Kremlin nümayəndəsi qeyd edib.