• $ 1.7
  • € 1.9829
  • ₽ 0.021086
  • ₺ 0.0413
  • £ 2.2954

Kaya Kallasla Ceyhin Bayramov arasında telefon danışığı olub

Kaya Kallasla Ceyhin Bayramov arasında telefon danışığı olub
11.08.2025 19:58

Avqustun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyannamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.

Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Çində keçirilən ŞƏT sammitində Putin və Əliyev arasında görüş mümkündür — Peskov
Siyasət 22:05
Çində keçirilən ŞƏT sammitində Putin və Əliyev arasında görüş mümkündür — Peskov
İlham Əliyev Çində görüşlər keçirib - Yenilənib
Siyasət 13:54
İlham Əliyev Çində görüşlər keçirib - Yenilənib
Çin lideri Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir
Siyasət 12:33
Çin lideri Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan liderini təbrik edib
Siyasət 11:07
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan liderini təbrik edib
Prezident İlham Əliyev Tiencində Si Cinpinlə görüşüb
Siyasət 08:10
Prezident İlham Əliyev Tiencində Si Cinpinlə görüşüb
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
Siyasət 22:43
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimində
Siyasət 22:02
Zakir Həsənov Türkiyədə hərbi məktəblərin buraxılış mərasimində
Sumqayıtda 13 yaşlı uşaq ölüb
Siyasət 21:00
Sumqayıtda 13 yaşlı uşaq ölüb
Prezident Çinə səfər edib
Siyasət 16:09
Prezident Çinə səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol