• $ 1.7
  • € 1.9829
  • ₽ 0.021086
  • ₺ 0.0413
  • £ 2.2954

ATƏT Minsk Prosesi və əlaqəli strukturlar ləğv edilir - Rəsmi

ATƏT Minsk Prosesi və əlaqəli strukturlar ləğv edilir - Rəsmi
01.09.2025 14:43

Sentyabrın 1-də ATƏT Nazirlər Şurası ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.  

Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.

Beləliklə, vaxtilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən qəbul edilərək, həmin institutların bağlanması rəsmiləşdirilib.

Sözügedən qərarın qəbulu, Azərbaycan Respublikasının vaxtilə işğal edilmiş əraziləri üzərində suveren nəzarətini və ərazi bütövlüyünü bərpa etməsi və bununla da Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulması ilə bağlı reallığın və Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsinin göstəricisi olmaqla yanaşı, 8 avqust 2025-ci il tarixli Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addımdır.

Azərbaycan Respublikası bundan sonra da regionda sülhün və sabitliyin gücləndirilməsi istiqamətində beynəlxalq hüquqa əsaslanan prinsipial və ardıcıl mövqeyini davam etdirəcəkdir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb
Siyasət 15:23
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb
Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq son iki ildə yeni mərhələyə keçib – Əliyev
Siyasət 15:11
Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq son iki ildə yeni mərhələyə keçib – Əliyev
ATƏT Minsk Prosesi və əlaqəli strukturlar ləğv edilir - Rəsmi
Siyasət 14:43
ATƏT Minsk Prosesi və əlaqəli strukturlar ləğv edilir - Rəsmi
Prezident Paşinyanla görüşüb
Siyasət 12:57
Prezident Paşinyanla görüşüb
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Siyasət 10:38
Ərdoğan və Paşinyan ŞƏT çərçivəsində Cənubi Qafqazda sülhü müzakirə ediblər
Azərbaycan və Türkiyə prezidentləri Tiencin şəhərində görüşüb
Siyasət 08:05
Azərbaycan və Türkiyə prezidentləri Tiencin şəhərində görüşüb
Çində keçirilən ŞƏT sammitində Putin və Əliyev arasında görüş mümkündür — Peskov
Siyasət 22:05
Çində keçirilən ŞƏT sammitində Putin və Əliyev arasında görüş mümkündür — Peskov
İlham Əliyev Çində görüşlər keçirib - Yenilənib
Siyasət 13:54
İlham Əliyev Çində görüşlər keçirib - Yenilənib
Çin lideri Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir
Siyasət 12:33
Çin lideri Azərbaycanın ŞƏT-ə üzvlüyünü dəstəkləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol