Azərbaycan və ABŞ Orta Dəhliz və enerji əməkdaşlığını müzakirə ediblər

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyası nümayəndələrini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Vaşinqtonda keçirilmiş üçtərəfli danışıqların regional sülhə töhfəsi, Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri, Naxçıvanla nəqliyyat əlaqələrinin əhəmiyyəti, həmçinin enerji və Orta Dəhliz üzrə əməkdaşlıq imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 