Deputat: Vaşinqton razılaşmaları region üçün yeni imkanlar yaradır

Milli Məclisin deputatı Razi Nuruallayev Vaşinqton razılaşmalarını Azərbaycanın diplomatik uğuru və region üçün geopolitik dönüş nöqtəsi kimi qiymətləndirib.
O bildirib ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanla birbaşa əlaqəni təmin edəcək və regionda iqtisadi canlanmaya səbəb olacaq. Nuruallayev həmçinin qeyd edib ki, sülh müqaviləsi ölkəyə milyardlarla sərmayə və yeni iş yerləri gətirə bilər.
Deputat iqtidar və siyasi partiyalar arasında yaranmış dialoqu sabitliyin əsası hesab edərək, bundan sonra diqqətin daxili islahatlara yönəldilməsinin vacibliyini vurğulayıb.
Gülnar Nazimqızı

