Deputat Daxili Qoşunlarda xidmət edən müddətli hərbçilərə imtiyazlar verilməsini təklif edib

Daxili Qoşunlarda xidmət edən müddətli hərbçilərə hazırda sosial imtiyazlar tətbiq olunmur və bu məsələ qanunvericilik təşəbbüsü çərçivəsində müzakirə olunmalıdır. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.
Deputatın sözlərinə görə, mənzil təminatı ilə bağlı vəsaitin birbaşa zabitlərə ayrılması daha məqsədəuyğundur. O, bütün zabitlərin şəhərdə istədikləri yerdən mənzil almaq imkanının yaradılmasını təklif edib.
Həsənquliyev həmçinin qeyd edib ki, daxili qoşunların iştirakı yalnız fövqəladə hallar və müharibə vəziyyəti zamanı nəzərdə tutulmalıdır.
O, ictimai asayişin pozulduğu hallarda ilkin olaraq çevik polis alayının müdaxiləsinin yetərli olduğunu, yalnız vəziyyət nəzarətdən çıxdıqda Daxili İşlər Nazirliyinin prosesə cəlb olunmasının mümkünlüyünü bildirib.
Gülnar Nazimqızı

