Səməd Seyidov: Azərbaycanın beynəlxalq platformalarda rolu geniş müzakirə olunub

Milli Məclisin yaz sessiyası dövründə Azərbaycan parlament üzvləri xarici qonaqlarla görüşlər keçirib, ölkənin mövqeyini beynəlxalq ictimaiyyətə çatdırıblar. Bunu Milli Məclisin deputatı, parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, dostluq qruplarının görüşləri yüksək səviyyədə təşkil olunub, müxtəlif beynəlxalq platformalarda Azərbaycanın rolu və mövqeyi xüsusilə Qərb–Şərq istiqamətində əməkdaşlıq kontekstində geniş müzakirə edilib.
“Hesabat dövründə parlament dinləmələri təşkil olunub. Azərbaycanın artan rolu müxtəlif beynəlxalq formatlarda önə çıxarılıb. Bu istiqamətdə işlərin davam etdirilməsi vacibdir”, – Seyidov qeyd edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 