• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur

Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur
17.09.2025 09:47

Məhkəmə qərarlarının icrası sahəsində ciddi problemlər var. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. 

 Onun sözlərinə görə, hazırda qəbul edilən məhkəmə qərarlarının təxminən 50 faizi icra olunur.

“Bu, bizim komitəmizin səlahiyyətlərinə aid olan məsələdir. İnsanlar işə bərpa və digər hüquqi tələblərlə bağlı məhkəmələrə müraciət edirlər, lakin qərarların tam şəkildə icrası hələ də problem olaraq qalır,” –  Əlizadə qeyd edib.

Deputat bu vəziyyətin hüquq sisteminə olan inama mənfi təsir etdiyini və məsələnin ciddi şəkildə araşdırılmalı olduğunu vurğulayıb.

Deputat Zahid Oruc cavab olaraq bildirib ki, icra olunmayan məhkəmə qərarların böyük hissəsi bank kreditləri ilə bağlıdır.

"Nə qədər ki, banklar təminatı olmayan kreditlər verəcəklər bu proses belə də davam edəcək. İcra olunmayan 340 mindən artıq qərar kreditlərlə bağlıdır. Bu problemin qarşısını almaq lazımdır. Hər halda bank o kreditləri verəndə bilirdi ki, o pul geri qayıtmayacaq", - deputat bildirib. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Siyasət 11:48
Yeni qanun Almaniya, Hollandiya kimi ölkələrin təcrübəsinə əsaslanır - Nazir müavini
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Siyasət 11:20
Prezident İlham Əliyev Trampa təşəkkür edib
Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
Siyasət 11:19
Prezident "Qarabağ"ı "Benfika" üzərində qələbə münasibətilə təbrik edib
Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır
Siyasət 10:48
Elman Nəsirov: Qarabağa qayıdışla bağlı qərarlarda həssaslıq təmin olunmalıdır
Razi Nurullayev: Məcburi köçkünlərə qarşı ayrı-seçkilik yaratmaq doğru deyil
Siyasət 10:00
Razi Nurullayev: Məcburi köçkünlərə qarşı ayrı-seçkilik yaratmaq doğru deyil
Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur
Siyasət 09:47
Arzuxan Əlizadə: Məhkəmə qərarlarının yalnız 50 faizi icra olunur
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Siyasət 00:07
Trampdan Azərbaycanla bağlı növbəti paylaşım
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Siyasət 21:30
Prezident BƏƏ lideri ilə görüşündən video paylaşıb
Milli Məclisin sədri Malayziyaya səfər edib
Siyasət 18:07
Milli Məclisin sədri Malayziyaya səfər edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol