Putin və Əliyev Düşənbədə ikitərəfli münasibətləri müzakirə edəcəklər - Peskov

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Düşənbədə görüşəcək. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS agentliyinə bildirib.
Onun sözlərinə görə, danışıqların əsas mövzusu iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı olacaq. “Görüşün keçirilməsi faktı liderlərin əməkdaşlığa dair aktual məsələləri müzakirə etmək niyyətində olduqlarını göstərir,” – deyə Peskov qeyd edib.
Kreml nümayəndəsi əlavə edib ki, Rusiya konstruktiv və pozitiv dialoqa sadiq qalır.
Rəsmi Bakı məsələyə münasibət bildirməyib.
N.Təbrizli