Azərbaycan, Rusiya və İran arasında nəqliyyat və enerji sahəsində üçtərəfli görüş keçirilir

Azərbaycan, Rusiya və İran rəsmiləri Bakıda keçirilən üçtərəfli görüş çərçivəsində nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərini müzakirə edirlər. Görüşdə üç ölkə arasında regional iqtisadi inteqrasiyanın genişləndirilməsi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı əsas gündəm mövzularındandır.
Azərbaycanı görüşdə Baş nazirin müavini Şahin Mustafayev, İranı Yol və Şəhərsalma naziri, Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeqi, Rusiyanı isə Baş nazirin müavini Aleksey Overçuk təmsil edir.
Tərəflər, xüsusilə Qəzvin–Rəşt–Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt–Astara hissəsinin tikintisinin davam etdirilməsi ilə bağlı məsələləri müzakirə edirlər. Həmçinin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi, enerji əməkdaşlığı və gömrük prosedurlarının sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparılır.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistandan Rusiya və Avropaya yük daşımalarını daha qısa və sürətli marşrutla təmin etmək məqsədi daşıyır. Azərbaycan bu dəhlizdə strateji tranzit ölkə kimi çıxış edir və layihənin inkişafında mühüm rol oynayır.
Aytac