• $ 1.7
  • € 1.9755
  • ₽ 0.020799
  • ₺ 0.0406
  • £ 2.2706

Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olunub
14.10.2025 18:10

Azərbaycan və Serbiya Müdafiə Nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Görüş Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilib. Danışıqlarda Azərbaycan və Serbiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş, ikitərəfli hərbi əməkdaşlıq planları və strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi mühüm məqamlar kimi vurğulanıb.

Nazirlikdən verilən məlumata görə, qarşılıqlı səfərlər və belə görüşlər hər iki ölkə arasında hərbi əməkdaşlığın daha da inkişafında vacib rol oynayır. Həmçinin, plan daxilində həyata keçirilən təlim‑məşqlərin və tədbirlərin tərəfdaşlığın möhkəmlənməsində əhəmiyyəti qeyd edilib.

Görüşün “Əməliyyatların planlaşdırılması” mövzusunda təqdimatlarla davam etdiyi, müzakirələrin aparıldığı və tərəflərin maraq göstərdiyi sualların cavablandırıldığı bildirilib. Qonaqlara Azərbaycanın müasir ordusunun formalaşması, aparılan islahatlar, planlaşdırma, qoşun növləri, xüsusi təyinatlı təhsil müəssisələri, döyüş hazırlığı və döyüş əməliyyatları üzrə metodologiyalar barədə ətraflı məlumat verilib.

Görüşün sonunda qarşılıqlı hədiyyələr mübadiləsi edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edib
Siyasət 19:00
Prezident sosial şəbəkə hesablarında Misirə işgüzar səfəri ilə bağlı paylaşım edib
Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olunub
Siyasət 18:10
Azərbaycan-Serbiya hərbi əməkdaşlığı müzakirə olunub

Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri Astaraçay körpüsünə birgə baxış keçirib
Siyasət 12:47
Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri Astaraçay körpüsünə birgə baxış keçirib

ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
Siyasət 12:09
ATƏT sədri Ermənistanda Ararat Mirzoyanla görüşüb
ATƏT sədri Cənubi Qafqaza gəlir
Siyasət 22:30
ATƏT sədri Cənubi Qafqaza gəlir
Tramp İlham Əliyev haqda: “O, çox güclü liderdir”
Siyasət 22:18
Tramp İlham Əliyev haqda: “O, çox güclü liderdir”
Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul edib
Siyasət 21:03
Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul edib
Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb
Siyasət 15:23
Azərbaycan Prezidenti Mahmud Abbasla görüşüb
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir
Siyasət 14:20
İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol