Hikmət Hacıyev Almaniya XİN-in Dövlət katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin Dövlət katibi Geza Andreas von Geyr ilə görüşüb.Bu barədə o, "X" hesabında yazıb.
“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub”, - Hikmət Hacıyev qeyd edib.