Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb

Oktyabrın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.Bu barədə XİN-dən məlumat verilib.
Nazir Ceyhun Bayramov Ramil Həsəni baş katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlər arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb. TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Son xəbərlər
Daha çox 