• $ 1.7
  • € 1.9733
  • ₽ 0.020876
  • ₺ 0.0404
  • £ 2.2645

Tramp və Si Cinpin yaxın günlərdə görüşəcək

Tramp və Si Cinpin yaxın günlərdə görüşəcək
27.10.2025 09:01

ABŞ və Çin yeni ticarət sazişi çərçivəsində əsas prinsiplər üzrə razılığa gəliblər. ABŞ Maliyyə naziri Skott Besant bildirib ki, iki ölkə liderləri – Donald Tramp və Si Cinpin – məsələni bu həftə Cənubi Koreyada keçiriləcək görüşdə müzakirə edəcəklər.

Besant CBS telekanalına müsahibəsində bildirib ki, razılaşmaya TikTok-un ABŞ seqmenti üçün “yekun razılaşma”, həmçinin Çindən nadir torpaq metallarının ixracına nəzarətin gücləndirilməsinin təxirə salınması daxildir.

Nazir əlavə edib ki, tərəflər “iki lider üçün əsaslı çərçivə razılaşması əldə ediblər” və “tariflərdən qaçınılacaq”. Pekin tərəfi danışıqları “konstruktiv” adlandıraraq bildirib ki, tərəflər “narahatlıqların həlli yolları ilə bağlı əsas konsensusa” nail olublar və konkret detallar üzrə müzakirələri davam etdirmək barədə razılaşıblar.

Tramp və Si Cinpinin cümə axşamı günü Cənubi Koreyada görüşəcəkləri gözlənilir.

ABŞ və Çin arasında son illərdə texnologiya və nadir torpaq elementlərinin ixracı sahəsində gərginlik artıb. Vaşinqton Pekini yüksək texnoloji məhsullar üzrə ədalətsiz rəqabət və milli təhlükəsizlik risklərində ittiham edir. 2024-cü ildə ABŞ Çin mənşəli texnologiyalara bir neçə yeni məhdudiyyət tətbiq etmişdi.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp və Si Cinpin yaxın günlərdə görüşəcək
Siyasət 09:01
Tramp və Si Cinpin yaxın günlərdə görüşəcək
Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verib
Siyasət 14:42
Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verib
Prezident avstriyalı həmkarını təbrik edib
Siyasət 11:12
Prezident avstriyalı həmkarını təbrik edib
Azərbaycan XİN Avstriyanı milli bayramı münasibətilə təbrik edib
Siyasət 10:16
Azərbaycan XİN Avstriyanı milli bayramı münasibətilə təbrik edib
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə olub
Siyasət 18:30
Əli Nağıyev Gürcüstanda rəsmi səfərdə olub
İlham Əliyev Respublika Günü münasibətilə Tokayevi təbrik edib
Siyasət 11:07
İlham Əliyev Respublika Günü münasibətilə Tokayevi təbrik edib
Azərbaycan XİN Qazaxıstanı təbrik edib
Siyasət 10:00
Azərbaycan XİN Qazaxıstanı təbrik edib

Ceyhun Bayramov TDT baş katibini qəbul edib
Siyasət 17:45
Ceyhun Bayramov TDT baş katibini qəbul edib
Putin Əliyevlə telefon danışığı aparıb
Siyasət 14:17
Putin Əliyevlə telefon danışığı aparıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol