Zelenski sabah Türkiyəyə səfər edəcək
Ukraynanın Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək. Bu barədə Zelenski özünün “X” hesabında məlumat verib.
Prezident səfərin beynəlxalq dəstəyin gücləndirilməsi və müharibənin sona çatdırılması üçün aparılacaq danışıqlara həsr olunacağını bildirib. O qeyd edib ki, Ukrayna tərəfdaşlarla danışıqlar nəticəsində həllər təklif etməyə hazırdır və müharibənin bitməsini yaxınlaşdırmaq əsas prioritetdir.
Həmçinin, Zelenski Ukraynanın hərbi əsirlərin mübadiləsinin bərpası və onların evə qaytarılması üzərində işlədiyini əlavə edib.
Son xəbərlər
Daha çox