Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Ermənistan parlamentinin sədri Alen Simonyan noyabrın 26-da jurnalistlərə açıqlamasında münasib vaxtda Azərbaycana səfər etməyə hazır olduğunu bəyan edib.
Simonyan bildirib ki, o, həmçinin Azərbaycan parlamentinin rəhbərini müəyyən format çərçivəsində Ermənistana dəvət etmək niyyətindədir.
O, Azərbaycandan rəsmi səfər dəvəti almadığını qeyd edib, lakin belə bir dəvət olacağı halda onu nəzərdən keçirəcəyini söyləyib.
Aytac