• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

Müdafiə xərclərinə əlavə 47 milyon manat ayrılır

Müdafiə xərclərinə əlavə 47 milyon manat ayrılır
09.12.2025 11:08

Azərbaycan Milli Məclisinin müzakirəyə çıxardığı 2026-cı il dövlət büdcəsi layihəsinə əsasən, müdafiə və milli təhlükəsizlik, hüquq-mühafizə xərclərinə 47,8 milyon manat, ərzaq və qida təhlükəsizliyi çərçivəsində heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı peyvəndləmə işlərinə 3 milyon manat əlavə vəsait yönəldilməsi təklif olunur. Bu barədə deputat Azər Əmiraslanov məlumat verib. 

Bundan əlavə, bəzi dövlət orqanlarının fəaliyyətinin təşkili və maddi-texniki təminatının yaxşılaşdırılması üçün 1,2 milyon manat ehtiyac yaranıb.

Təklif olunan əlavə xərclərin cəmi 52 milyon manat təşkil edir və büdcənin mövcud ehtiyatları hesabına maliyyələşdiriləcək.

Eyni zamanda, bəzi təşkilatların xərclərinin optimallaşdırılması məqsədilə iqtisadi təsnifata uyğun olaraq 13,2 milyon manat məbləğində maddələrarası yerdəyişmələrin aparılması nəzərdə tutulur. Dövlət investisiya proqramı üçün 2026-cı ildə 2,7 milyard manat vəsait planlaşdırılıb.

Dəyişikliklər yenilənmiş büdcə layihəsinin 1-ci, 7-ci və 9-cu maddələrinə daxil edilib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:34
Prezident onları təltif edib - Sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 17:33
Prezident sərəncam imzalayıb
Qazaxıstanın yeni hərbi attaşesi Azərbaycanda təqdim olunub
Siyasət 12:27
Qazaxıstanın yeni hərbi attaşesi Azərbaycanda təqdim olunub
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Siyasət 22:55
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Siyasət 00:07
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Siyasət 22:16
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Siyasət 21:50
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Əliyev Çinlə münasibətlərdən danışıb
Siyasət 21:45
Əliyev Çinlə münasibətlərdən danışıb
Bakıda tədris mərkəzindən oğurluq edilib
Siyasət 17:19
Bakıda tədris mərkəzindən oğurluq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol