• $ 1.7
  • € 1.9947
  • ₽ 0.02092
  • ₺ 0.0395
  • £ 2.3043

Simonyan ümid edir ki, İstanbulda azərbaycanlı həmkarı ilə görüşəcək

Simonyan ümid edir ki, İstanbulda azərbaycanlı həmkarı ilə görüşəcək
10.12.2025 15:14

İrəvan Azərbaycan parlament nümayəndə heyəti ilə gələcək geniş formatlı təmasları istisna etmir. Bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib. 

O vurğulayıb ki, hazırda rəsmi gündəmdə konkret razılaşdırılmış görüş olmasa da, İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın (PİU) növbəti konfransı çərçivəsində belə bir görüşün baş tuta biləcəyi ehtimalı yüksəkdir.

Simonyan Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə təşkil olunan tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ermənistan və Azərbaycan parlamentariləri arasında dialoqun bərpası üçün bütün beynəlxalq platformalardan istifadə etmək niyyətindədirlər.

“Azərbaycanlı həmkarım bu təmasların məntiqini müsbət qiymətləndirir. Hələlik konkret danışıqlar aparılmayıb, lakin İstanbulda görüş ehtimalı var”, – o bildirib.

 Simonyan qeyd edib ki, tərəflərin mövqeləri gələcək görüşlər zamanı daha ətraflı müzakirə ediləcək.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:34
Prezident onları təltif edib - Sərəncam
Prezident sərəncam imzalayıb
Siyasət 17:33
Prezident sərəncam imzalayıb
Qazaxıstanın yeni hərbi attaşesi Azərbaycanda təqdim olunub
Siyasət 12:27
Qazaxıstanın yeni hərbi attaşesi Azərbaycanda təqdim olunub
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Siyasət 22:55
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzində
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Siyasət 00:07
Prezident yerli televiziya kanallarına müsahibə verib - Video -Yenilənib
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Siyasət 22:16
Bu qərar hesabına Fond 10 milyard ABŞ dollarından artıq gəlir əldə edib - Ölkə başçısı
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Siyasət 21:50
Prezident: ABŞ-ın 907-ci düzəlişi ləğv edəcəyini gözləyirik
Əliyev Çinlə münasibətlərdən danışıb
Siyasət 21:45
Əliyev Çinlə münasibətlərdən danışıb
Bakıda tədris mərkəzindən oğurluq edilib
Siyasət 17:19
Bakıda tədris mərkəzindən oğurluq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol