Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə Qətərin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunur ki, Azərbaycan-Qətər münasibətləri ortaq dini-mədəni dəyərlərə, qardaşlığa və İslam həmrəyliyinə əsaslanır və bu əlaqələrin səviyyəsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinin, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın potensialından tam istifadə edilməsinin vacibliyini vurğulayıb.
Məktubda Əmirə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətində uğurlar, Qətər xalqına isə firavanlıq və əmin-amanlıq arzulandığı bildirilib.