Bu il Azərbaycan diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb
Son illər Albaniya, Serbiya, BƏƏ, Qətər, Mərakeş və Çin daxil olmaqla bir sıra ölkələrlə vizasız səfər rejimi tətbiq edilib. Bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, diplomatik pasport sahibləri üçün bu say daha da çoxdur və 2025-ci ildə diplomatik vizasız gedişlər üçün 10 ölkə ilə yeni saziş imzalanıb.
İşlərin 2026-cı ildə də davam edəcəyini vurğulayan Bayramov, vizasız səfərlərin sayının artacağına əmin olduğunu bildirib.
Gülnar Nazimqızı