Mirzoyan: Türkiyə və Rusiya TRIPP layihəsinin bir hissəsi deyil
Türkiyə və Rusiya “Beynəlxalq Sülh və Rifah naminə Trampın İrəli Yolu” (TRIPP) layihəsinin iştirakçıları deyil. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.
“TRIPP hazırda yalnız Ermənistan və ABŞ arasında birgə təşəbbüsdür. Türkiyə bu layihənin birbaşa iştirakçısı deyil, lakin blokadanın aradan qaldırılması və regional ticarət əlaqələrinin inkişafında rol oynaya bilər. Əgər Gümrü-Qars dəmir yolu açılmasa, yüklər Türkiyə ərazisindən Avropaya gedə bilməz”, – Mirzoyan mətbuat konfransında bildirib.
O əlavə edib ki, Rusiya da TRIPP-in bir hissəsi olmayacaq, lakin Ermənistanın Rusiyanı layihədən kənarda qoymaq niyyəti yoxdur. Nazir qeyd edib ki, Rusiya Ermənistan ərazisindəki infrastrukturda iştirak edir və TRIPP çərçivəsində başqa fəaliyyət və əməkdaşlıqlar mümkündür.
Gülnar