• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb

Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb
29.01.2026 18:05

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığına rəsmi səfəri çərçivəsində bu ölkənin Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Şura Məclisinin sədri Milli Məclisin sədrini salamlayaraq, dəvəti qəbul edib Oman Sultanlığına səfər etdiyinə görə spiker Sahibə Qafarovaya təşəkkürünü bildirib. Oman və Azərbaycan arasında siyasi və digər əlaqələrin yaxşı səviyyədə olmasından məmnunluğunu ifadə edən Şura Məclisinin sədri qarşılıqlı münasibətlərin inkişafında parlamentlərin xüsusi rolunu qeyd edib. Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin bu səfəri qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək.

Vurğulanıb ki, parlamentlərin qarşılıqlı əlaqəsi ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm töhfə verir. Bu sahədə parlamentlərarası dostluq qruplarının fəaliyyəti çox vacibdir. Qeyd edilib ki, Asiya Parlament Assambleyası və Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi bu sahədə mühüm platformalardır.

Söhbət zamanı Oman Sultanlığı Şura Məclisinin sədri Şeyx Xalid bin Hilal Al Mavali Azərbaycanın müdrik rəhbərinin başçılığı ilə iqtisadi inkişafının şahidi olduqlarını diqqətə çatdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb
Siyasət 18:05
Sahibə Qafarova Oman Şura Məclisinin sədri ilə görüşüb
Prezident onları təltif edib - Sərəncam
Siyasət 17:11
Prezident onları təltif edib - Sərəncam
Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər
Siyasət 10:59
Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Siyasət 21:18
Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Siyasət 18:30
Azərbaycan və Gürcüstan DİN-ləri arasında əməkdaşlıq haqqında saziş təsdiqlənib
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Siyasət 15:40
Azərbaycan və Çin XİN rəhbərləri görüşüb
Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir
Siyasət 11:29
Ombudsman: yeni qanun layihəsi beynəlxalq prinsipləri daha aydın əks etdirir
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib
Siyasət 20:55
Naxçıvan MR Ali Məclisinin Aparat rəhbəri vəzifəsindən azad edilib
Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Siyasət 18:08
Nazirlər Kabinetində Xəzərin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol