Prezident və xanımı gəncləri təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə sosial şəbəkələrdə paylaşım edərək, “Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!” deyib.
Birinci vitse-prezident Mehriban Əliyeva isə bildirib ki, Azərbaycan gəncləri uğur və nailiyyətləri ilə ölkənin inkişafına töhfə verəcəklər.