• $
  • €
  • ₽
  • ₺
  • £

Xamenei: ABŞ-ın İrana hücumu regional müharibəyə yol açacaq

Xamenei: ABŞ-ın İrana hücumu regional müharibəyə yol açacaq
02.02.2026 08:48

İranın Ali Lideri Ayətullah Əli Xamenei ABŞ-ın İrana qarşı hər hansı hərbi hücumunun regionda genişmiqyaslı münaqişəyə səbəb olacağı barədə xəbərdarlıq edib.

Xamenei bildirib ki, Vaşinqton hərbi əməliyyatlara başlasa, bu, əvvəlki qarşıdurmalardan fərqli olaraq regional müharibə ilə nəticələnəcək.


“Amerikalılar bilməlidirlər ki, əgər müharibəyə başlasalar, bu dəfə regional müharibə olacaq”, –  o qeyd edib.

Ali Lider ABŞ-ın bölgəyə hərbi qüvvə göndərməsinə də toxunaraq, Prezident Donald Trampın təyyarədaşıyan gəmilərin yerləşdirilməsi ilə bağlı açıqlamalarını şərh edib.


“Tramp gəmilər gətirdiyini deyir… İran xalqı belə şeylərdən qorxmayacaq”, - o bildirib.

Bu bəyanat ABŞ-ın Yaxın Şərqə USS Abraham Lincoln təyyarədaşıyan gəmisini göndərməsi və İranın Hörmüz boğazında dəniz təlimlərinə başlaması fonunda səsləndirilib.

Strateji əhəmiyyətə malik Hörmüz boğazının ən dar hissəsində eni təxminən 33 kilometrdir və qlobal neft ticarətinin təxminən 20 faizi bu marşrutdan keçir. İran daha əvvəl də mümkün hərbi hücum halında boğazın bağlanması ilə hədələyib ki, bu da enerji bazarlarında ciddi risk kimi qiymətləndirilir.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Dünya 13:34
Ərdoğan Zelenskidən sonra Putinlə danışıqlar aparmağı planlaşdırır
Qətər sahillərində neft tankerinə hücum edilib
Dünya 12:56
Qətər sahillərində neft tankerinə hücum edilib
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Dünya 11:22
Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 18:36
Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Dünya 18:07
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Dünya 17:16
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
Tbilisidə telekanal binasında yanğın başlayıb
Dünya 16:25
Tbilisidə telekanal binasında yanğın başlayıb
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Dünya 15:13
Tramp İrana qarşı əməliyyatları mümkün sayır
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Dünya 14:00
Zelenski Melaniya Trampı ordenlə təltif edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol