Azərbaycan Serbiyaya investisiya yatırmağa hazırdır - Prezident
Azərbaycan və Serbiya bundan sonra da bir-birinin ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında bildirib.
Prezident qeyd edib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq prioritet istiqamətlərdən biridir və bu sahədə əməkdaşlıq genişləndiriləcək.
Əliyevin sözlərinə görə, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə yatırmağa hazırdır və enerji tərəfdaşlığı strateji xarakter daşıyır.
Dövlət başçısı bildirib ki, Azərbaycan Serbiyaya qaz ixracını artıracaq.
O qeyd edib ki, ölkənin qaz ixrac potensialı 2 milyard kubmetrə çatdırılacaq.
Prezident əlavə edib ki, Azərbaycan 2032-ci ilə qədər 8 giqavat elektrik enerjisi istehsal etməyi planlaşdırır və bu həcmin böyük hissəsi ixraca yönəldiləcək.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox