• $
  • £

XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb

XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
01.03.2026 11:50

Azərbaycan Xarici İşlər Nazirliyi regional hərbi eskalasiya fonunda səfirlik və baş konsulluqların fəaliyyətini gücləndirdiyini,diplomatik missiyaların vətəndaşlardan daxil olan müraciətlərə uyğun dəstək göstərdiyini bildirib.Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

Nazirlik bildirib ki, indiyə qədər yalnız bir nəfər Azərbaycan vətəndaşı xəsarət alıb və ona müvafiq dəstək göstərilir.

Hacızadə əlavə edib ki, İran ərazisində olan vətəndaşların çıxışı üçün quru sərhədlərdən istifadə edilir və indiyə qədər 30 nəfər Azərbaycan sərhədindən keçib.

Açıqlamada hava məkanının bağlılığı səbəbindən hazırda təşkil olunmuş genişmiqyaslı təxliyə planlarının olmadığı vurğulanıb.

XİN həmçinin bölgədə olan vətəndaşlardan təhlükəsizlik vəziyyətini izləmələrini, yerli hakimiyyət orqanlarının tövsiyələrinə riayət etmələrini və kütləvi toplaşmalardan çəkinmələrini xahiş edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
Siyasət 11:50
XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
Siyasət 21:04
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Prezident sərəncam imzalayıb
Siyasət 17:13
Prezident sərəncam imzalayıb
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Siyasət 16:55
Moldovanın XİN rəhbəri növbəti həftə Azərbaycana səfər edəcək
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Siyasət 13:48
Mehriban Əliyeva bu Şuranın sədri olacaq - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol