• $
  • £

Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi

Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi
01.03.2026 17:03

Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı aparılıb. Bu barədə XİN-dən məlumat verilib.

Danışıq zamanı regionda gərgin təhlükəsizlik vəziyyəti və davam edən hərbi eskalasiya müzakirə olunub,bölgədə sülh və təhlükəsizliyə ciddi təsir edən vəziyyət ilə bağlı dərin narahatlıq ifadə olunub. 

Münaqişə tərəflərinin təmkinli olmaları, hərbi qarşıdurmanın genişlənməsinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd olunub. 

Ziddiyyətlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və diplomatik vasitələrlə həll edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı çərçivəsində həmçinin Azərbaycan-Özbəkistan müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli təmasların davam etdirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi
Siyasət 17:03
Bayramov özbəkistanlı həmkarı ilə regiondakı vəziyyəti müzakirə etdi
İlham Əliyev Pezeşkiana başsağlığı verib
Siyasət 15:41
İlham Əliyev Pezeşkiana başsağlığı verib
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
Siyasət 14:32
Azərbaycan və İran XİN başçılarının telefon danışığı olub
XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
Siyasət 11:50
XİN regionda hərbi eskalasiya şəraitində vətəndaşların vəziyyəti ilə bağlı açıqlama yayıb
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
Siyasət 21:04
Azərbaycan regional hərbi eskalasiyadan narahatlığını ifadə edib
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
Siyasət 11:59
XİN Azərbaycan vətəndaşlarını İran və İsrailə səfərlərdən çəkinməyə çağırır
İsrailin İrana hücumu başlayıb
Siyasət 11:00
İsrailin İrana hücumu başlayıb
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar
Siyasət 17:41
Əliyev iki səfiri geri çağırıb - yeni təyinatlar


Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Siyasət 17:32
Azərbaycanın BƏƏ-dəki səfiri geri çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol