İran Azərbaycana həmrəylik üçün təşəkkür edib
Çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir. Bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirdiyi mətbuat konfransında bildirib.
Səfir qeyd edib ki, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir. O vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verib və İrana göstərilən dəstəyi yüksək qiymətləndirirlər.
Eyni zamanda, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə İranın Xarici İşlər Naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub, regiondakı proseslər müzakirə olunub.